asdas

June 7, 2017 | Autor: Azer Hasanov | Categoria: Software Defined Networks (SDN)
Share Embed


Descrição do Produto

Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakultəsi fiziki tərbiyə və idman oyunları kafedrasının baş müəllimi Əliyev Hümbət Mehrac oğlunun yazdığı elmi, nəzəri seminar mətni.

Mövzu:Təlim məşq və yarış gigiyenası.

Təlim məşq və yarış gigiyenası.

Yalnız düzgün təlim-məşq sistemi yaratmaqla yüksək idman naliyyətləri qazanmaq mümkündür. Ancaq idman-texniki göstəricilər sağlamlığa qəti mənfi təsir etməməli, əksinə orqanizmin ümumi inkişafı və möhkəmlənməsi üçün imkan yaratmalıdır.Çünki müasir idman təlimi çox yüksək idman yükü ilə əlaqədardır.Bu fiziki yük də öz növbəsində idmançıların orqanizminə böyük təsir göstərir.Beləliklə təlim təkcə fiziki hərəkətlərdən ibarət deyil.Bu proses, həm də gigiyena ilv sıx əlaqədardır.
Təlim zamanı bir sıra gigiyena tələblərinə mütləq əməl olunmalıdır. Təlim keçənlərin fərdi xüsusiyyətləri düzgün həyat və qida rejiminin nəzərə alınması, habelə şəxsən gigiyena qaydalarına riayət olunması və prosesin əsas hissəsi sayılır.
Müntəzəm idman məşqlərinin təsiri ilə orqanizmdə bir sıra əhəmiyyətli fizioloji dəyişikliklər əmələ gəlir.
Təlim görmüş idmançı təlim görməmiş idmançıdan fərqli olarak çox fiziki yükə tab gətirir.
Təlim görmə səviyyəsi artdıqca,idmançı müəyyən işi az enerji sərf etməklə yerinə yetirir, öz gücündən səmərəli istifadə edir.
Təlim təsiri ilə mərkəzi sinir sisteminin fəaliyyəti yaxşılaşır, xüsusən sinir proseslərinin hərəkətliyi artır,oyanma və ləngimə prosesləri arasında qarşılıqlı əlaqə yaxşılaşır.
İdmanla məşğul olanların yaş xüsusiyyətlərini nəzərə almaq, ən vacib gigiyena əhəmiyyətinə malikdir.Bunları nəzərə almaq lazımdır.
Qadın qrupları ilə məşğələləri təşkil edərkən qadın orqanizminin bioloji xüsusiyyətlərini mütləq nəzərə almaq lazımdır.
Təcrübəli idmançılar və yeniyetmələr üçün ayrı-ayrı məşq-təlim planı tutulmalıdır.
Məşqçi və həkim, artan fiziki yükə olan fizioloji reaksiyasını müəyyən etmək üçün yeniyetmə üzərində daha diqqətli müşahidə aparmalıdır. Hələ ilk məşqlərdən idmanın gündəlik rejimi üzərində nəzarət gücləndirilməli, bu sahədəki qusurlar aradan qaldırılmalıdır və onların yaşayış tərzi nəzərə alınmalıdır.
Peşəkar iş şəraitinin təlim işləri üçün vaxt müəyyən etməkdə və səmərəli gündəlik rejim tutmaqdan da əhəmiyyəti böyükdür.
Məşqçi idmançının adətlərindən və yaşayış şəraitindən xəbərdar olması,gündəlik rejmi necə qurmaq haqqında konkret göstəriş verə bilməz.
Məşqçi idmançının pis adətlərindən,içki içib-içməməsindən,papiros çəkib-çəkməməsindən xəbərdar olmalıdır.
Məşqçi bu pis adətlərə qarşı ciddi mübarizə aparmalıdır.

Məşqçi idmançı üçün həyat rejimi müəyyən etməklə yanaşı,bu rejimə necə əməl olunmasına da daim nəzarət yetirilməlidir.
İdmanın təkminləşdirilməsi prosesində o vaxt yüksək nəticələr qazanmaq olar ki, il boyu aparılan təlim məşq prosesi aşağıdakı prinsiplər əsasında qurulsun:1.Ümumi fiziki hazırlıq-seçilən müəyyən növlə əlaqələndirilsin:2.Fiziki yük tədric n artırılsın: 3.İş və istirahət əlverişli və səmərəli şəkildə növbələşdirilsin.

Bu prinsiplərin pozulması təkcə idman göstəricilərini azaltmaz, həm də orqanizm müxtəlif mənfi təsirlərə məruz qalır.Xüsusən həddindən artıq məşq orqanizmə çox zərərdir.Yalnız hərtərəfli fiziki hazırlıq sayəsində müəyyən növdə yüksək idman ustalığına nail olmaq mümkündür.
Hər bir yarışdan və məşqdən sonra idmançıya müəyyən istirahət verilməlidir.
Yarışqabağı fiziki yükü birdən-birə artırmaq və yarışlardan sonra müntəzəm məşğələlərin aparılmasını birdən-birə kəsmək qətiyyən düzgün sayıla bilməz.
Yalnız düzgün qurulmuş rejimə-daim əməl etməklə yüksək idman nəticələri qazanmaq mümkündür.Rejimin əsas şərti müntəzəmlilikdir.
Rejim düzəldərkən səhər gimnastikasını hava vanası ilə əlaqələndirməyi, su vanasından, duşdan istifadə etməyi, dəriyə qulluq etməyi də yaddan çıxartmayın.
Yarışlar keçirmək üçün yer hazırlayarkən rəsmi qaydalardakı tələblərlə yanaşı, gigiyena nəzərə alınmalıdır.
Çirkli sahələrə yaxın yerlərdə yarışlar keçirmək olmaz.
Məşqə başlamazdan əvvəl bədəni qızışdırmağın böyük gigiyenik əhəmiyyəti vardır.




Lihat lebih banyak...

Comentários

Copyright © 2017 DADOSPDF Inc.